"ABŞ Sovet İttifaqı kimi yanıb kül olacaq..." - Amerikalı senatordan bədbin açıqlamalar

img

07-01-2018 [17:52]


ABŞ-ın günü-gündən artan hərbi xərcləri sonda sistemin çökməsinə və Sovet İttifaqının son günlərindəki kimi yanıb kül olmasına gətirib çıxaracaq.

Bunu "Russia Today” telekanalına açıqlamasında ABŞ-da sabiq prezidentliyə namizəd, eks-senator Ron Paul deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın iqtisadi bilikləri bu dəhşətli sondan qaçmağa imkan verməyəcək: "Sovet sistemindəki kimi ani və dəhşətli sona doğru irəliləyirik. O zaman sovetlərdən bir neçə dövlət ayrılmışdı. Bizim ştatlarımız ayrılmayacaq, amma dünyadakı imperatorluğumuzun sonu çatacaq.

Son günlər ABŞ-ı və digər ölkələrdəki nüfuzumuzu ayaqda saxlamaq üçün külli miqdarda pul xərcləyirik. Silah gücünə bəzi ölkələrə sanksiya tətbiq etdiririk. Bu isə sonumuzun çatması deməkdir”.

Teleqraf.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA