“Kim Çen In yaxşı bilir ki, mən zarafat etmirəm" - Donald Tramp

img

07-01-2018 [10:28]


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla müəyyən şərtlər əsasında danışıqlara hazır olduğunu bildirib.

Bu barədə prezident KXDR lideri ilə telefon danışıqlarına hazır olub-olmamasına dair suala cavabında bildirib. Jurnalistin "Bu o demək deyilmi ki, ABŞ ilkin şərtlər irəli sürmədən danışıqlara hazırdır?” sualına D.Tramp "Bu o demək deyil, mənim dediyim tam başqadır”, - deyə bildirib.

"Kim Çen In yaxşı bilir ki, mən zarafat etmirəm. O bunu anlayır. Bununla belə, biz bir çox insanların nail olmağa çalışdığı sülh və düzgün qərara nail ola bilsək – bu bütün bəşəriyyət, bütün dünya üçün yaxşı olacaq”, - deyə dövlət başçısı bildirib.

Tramp həmçinin, Cənubi Koreya-KXDR danışıqlarını dəstəklədiyini bildirib və lazımi məqamda ABŞ-ın da danışıqlara qatılacağını istisna etməyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA