ABŞ-la Pakistan üz-üzə gəlir: İslamabaddan mesaj: "Biz hər şeyə hazırıq, amma..."

img

04-01-2018 [21:46]


İslamabad ABŞ-ın terrorizmlə mübarizə üçün Pakistana maliyyə yardımının yeni tranşını verməkdən imtina ilə bağlı vəziyyəti öyrənir və bu hərəkətlərə "soyuqqanlı cavab” hazırlamaq niyyətindədir.

 "RİA-Novosti” xəbər verir ki, bu haqda Pakistanın müdafiə naziri Xürrəm Dəstgir Xan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Pakistanın milli təhlükəsizliyinin təmin olunmasından söhbət gedərsə, İslamabad lazımı addımlar atacaq.

"Məsələ ondan ibarətdir ki, ABŞ Pakistana zərər vura biləcək vəziyyəti yaradacaqmı? Biz buna hazırıq, amma əvvəlki kimi ABŞ-la əməkdaşlıq etmək istəyirik”, - nazir qeyd edib.

Daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Pakistanı terrorizm problemi mövzusunda "ikiqat oyun oynamaqda” ittiham edib. Diplomat gələcəkdə Pakistana verilən hərbi yardımın azaldıla biləcəyini istisna etməyib.

ABŞ prezidenti Donald Tramp isə Pakistanı əfqan terrorçularına sığınacaq verməkdə ittiham edib. O, Tvitterdə yazdığı qeyddə son 15 ildə Pakistana 33 milyard dollarlıq kömək göstərildiyini bildirib:

"Onlar isə bizə yalan və fırıldaqçılıqdan başqa heç nə verməyiblər, çünki liderlərimizi axmaq hesab ediblər. Onlar bizim izlədiyimiz terrorçulara sığınacaq verirlər. Daha bu kömək olmayacaq".

Vaşinqtondan verilən bəyanatlar ki ölkə arasında qalmaqal yaradıb. ABŞ-ın Pakistandakı səfiri Devid Heyl Xarici İşlər Nazirliyinə çağırılıb. Ona yanvarın 1-də prezident Trampın bəyanatı ilə bağlı etiraz notası təqdim edilib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) məlumatına görə, 2018-ci ildə 25,8 milyard dollar beynəlxalq yardımın ayrılması planlaşdırılır. 345 milyon dollar isə inkişaf və humanitar proqramların icrası üçün Pakistana ayırılacaq/Publika.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA