“Türkiyədə Rusiya hərbçilərinin yerləşdirilməsindən söhbət gedə bilməz” - Ərdoğanın sözçüsü

img

04-01-2018 [16:29]


"Bunu Rusiya hərbçilərinin Türkiyə ərazisində dislokasiya olunması kimi dəyərləndirmək düzgün deyil”.

Bu sözləri Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın "S-400” zenit-raket kompleksi ilə birlikdə Türkiyəyə Rusiya hərbçiləri də gələcəkmi” sualını cavablandırarkən deyib.

O vurğulayıb ki, Türkiyədə Rusiya hərbçilərinin yerləşdirilməsindən söhbət gedə bilməz: "Ancaq texniki əməkdaşlıqla bağlı məlumat əldə etməyə ehtiyac olacaq. ABŞ-da bildirdilər ki, "Patriot” sata bilərlər, amma texnologiya ilə əlaqədar paylaşım etməyəcəklər. Əgər həmin "Patriot”larla bağlı müzakirələr bitsəydi, onda biz həmin hərbi texnikadan istifadə edərdik. Bu çərçivədə Fransa və İtaliya konsorsiumu ilə "Eurosan”a dair müqavilə imzalamışıq”. 

İ.Kalın bildirib ki, "S-400”-lərin alınmasını Ankaranın Moskvaya yaxınlaşması kimi qiymətləndirmək də qəbuledilməzdir: "Türkiyənin yalnız bir ittifaq bölgəsi ilə (NATO-nu nəzərdə tutur) anlaşma imzalamasını və əməkdaşlıq etməsini gözləmək də düz olmazdı”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksi alması ilə bağlı müqavilə ötən ilin dekabr ayının 29-da imzalanıb. Müqavilənin dəyəri 2,5 milyard dollardır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA