Rusiyanın Suriyadakı hərbi bazasına hücumun detalları açıqlandı – 7 hərbi təyyarə məhv edilib...

img

04-01-2018 [11:00]


Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb.

"Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, minaatanlardan açılan atəş nəticəsində Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsi, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsi və 1 ədəd An-72 hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etməyib. 

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bazanın atəşə tutulduğu bildirilmişdi/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA