Məsciddəki silahlı insidentlə bağlı axtarılan sonuncu zəxs tutuldu

img

08-09-2010 [01:55]


Lənkəran rayonunda sentyabrın 2-də baş vermiş silahlı insidentdə iştirak etmiş daha 1 nəfər tutulub. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Elşən Hüseynovu qətlə yetirib, Ramin Ağamoğlanovu yaralayıb hadisə yerindən qaçan Masallı rayon sakini Məlikağa Məlikli yaxalanıb. Bununla da Lənkəranda məscidin yaxınlığında baş vermiş silahlı insidentlə bağlı DİN Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Masallı RPŞ, Lənkəran ŞRPŞ və Respublika Baş Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan 9-cu şəxs tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA