Rəsmi Ankaradan Tehrana xəbərdarlıq: "Böhran, xaos və savaş bütün bölgəyə zərər verəcək"

img

03-01-2018 [13:23]


Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ İranda yaşanan olaylar haqqında şərh verib.

Mia.az xəbər verir ki, o, "Twitter" hesabında Türkiyəni İranda baş verənəri yaxından izlədiyini deyib. Əlavə edib ki, Ankara İranda sabitlik, sülh və barışı çox vacib sayır: "Bu, İran və xalqı, bölgəmiz üçün çox önəmlidir. İranda meydana gələcək və ya gətiriləcək böhran, xaos və savaş İrana, iranlılara və bölgəyə zərər verəcək".

Bozdağ qeyd edib ki, İran iqtidarı və xalqı bütün tələlərə hazır və diqqətli olmalıdır.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA