Prezidentin nazir təyinatı səlahiyyəti spikerə verildi - Konstitusiya Məhkəməsindən daha bir qərar

img

02-01-2018 [23:00]


Moldova Prezidenti İqor Dodonun vəzifəyə təyinetmə səlahiyyəti parlamentin spikeri Andrian Kanduya verilib.

Axar.az xəbər verir ki, Kandu bu səlahiyyətin ona Konstitusiya Məhkəməsi tərəfindən verildiyini bildirib.

Parlament sədri bir neçə nazir təyin edəcək. Təyinatın nə vaxt baş tutacağı bildirilməyib.

Qeyd edək ki, Moldova Konstitusiya Məhkəməsi Prezident İqor Dodonun səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA