Netanyahu İrandakı qarşıdurmanın fitilini çəkdi: "Tehrandakı rejim dəyişərsə..."

img

02-01-2018 [12:31]


"Tehrandakı rejim dəyişərsə, İran və İsrail xalqları arasında dostluq münasibətləri yarana bilər".

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu danışıb.

"Bu rejim ümidsizcə aramıza nifrət toxumları səpməyə çalışır. Ancaq onlarda alınmayacaq. Bir gün bu rejim devriləndə İran və İsrail xalqları yenidən çox gözəl dost olacaqlar. İran xalqına azadlıq uğrunda mübarizədə uğurlar diləyirəm”, - Netanyahu bildirib.

Qeyd edək ki, İranın bir sıra iri şəhərlərində etiraz aksiyaları keçirilib. Bu aksiyalara ABŞ və israildən dəstəklər gəlir/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA