Ağstafada Gəncə sakini öldürülüb, maşını yandırılıb - Cinayət işi açıldı

img

29-12-2017 [15:02]


Ağstafada dəhşətli qətl törədilib.

Hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus "VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib. S.Əliyevin qətlə yetirildiyi məlum olub.

Hazırda hüquq-mühafizə orqanlarınınəməkdaşları hadisə yerində araşdırma aparılır.


*** 
Ağstafada baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb. Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR