BMT GUAM məkanında dondurulmuz münaqizələrə dair qətnamə qəbul edib

img

08-09-2010 [12:21]


BMT Baş Assambleyasında ?GUAM məkanında dondurulmuş münaqişələr və onun beynəlxalq sülh, təhlükəsizliyə təsiri və inkişafı? adlı qətnamə müzakirəyə çıxarılıb. Qəbul olunan qətnamədə Gürcüstanda baş verən münaqişələr nəticəsində zorakılıq yolu ilə demoqrafik vəziyyətin dəyişməsindən narahatlıq ifadə olunur. Baş Assambleya bütün qaçqınların, onların övladlarının, etnik mənsubiyyətindən asılı olmayaraq Gürcüstan, o cümlədən Abxaziya və Cənubi Osetiya ərazilərindəki evlərinə qayıtmaq hüquqlarını tanıyıb. Sənəddə bu hüquqların pozulması ilə nəticələnən mülkiyyətlərin mənimsənilməsindən çəkinmək çağırışı yer alıb. Sənədin lehinə 50 nəfər, əleyhinə 17 nəfər səs verib. 86 nəfər isə bitərəf qalıb. Xatırladaq ki, sabah BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında ?Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında? qətnamə layihəsi müzakirə olunacaq. Qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətə tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA