Putin FTX-yə əmr verdi: "Quldurları əsir götürməyin, yerindəcə öldürün"

img

28-12-2017 [13:22]


Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq teraktını törədən şəxslərin yaxalanması və ya zərərsizləşdirilməsi barədə göstəriş verib.

Bu barədə "İnterfaks” informasiya yayıb.

"Yeri gəlmişkən, dünən Federal Təhlükəsizlik Xidmətinin direktoruna quldurların tutulması istiqamətində çalışılması üçün göstəriş verdim. Əlbəttə ki, yalnız qanun çərçivəsində. Ancaq bizim əməkdaşlarımızın həyatına və sağlamlığına hər hansı bir təhdid olacağı halda qətiyyətli davranmağı, heç kimi əsir götürməməyi və quldurları yerindəcə məhv etməyi tapşırmışam”, – Putin deyib.

Qeyd edək ki, Peterburqdakı mağazalardan birində partlayış baş verib. Nəticədə 13 nəfər xəsarət alıb/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA