" Çox açıq söyləyirəm, Bəşər Əsəd terrorçudur" - Ərdoğandan ittiham

img

27-12-2017 [16:44]


"Bəşər Əsəd dövlət terroru həyata keçirmiş terrorçudur".

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisə səfəri çərçivəsində həmkarı El-Baci Kaid es-Sibsi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

R. T. Ərdoğan bildirib ki, B. Əsədlə irəli getmək mümkün deyil: "Bir milyona yaxın vətəndaşını öldürmüş prezidentlə necə gələcək qurmaq olar? Suriya xalqı belə bir şəxsi prezident kimi görmək istəyərmi? Bu, öldürülmüş insanlara qarşı haqsızlıq olar. Suriyada hələ də qan axıdılır. Çox açıq söyləyirəm: Əsəd dövlət terroru həyata keçirmiş bir terrorçudur. Əsəd qaldıqca hüzur olmaz”/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA