SOCAR Gürcüstanda teatr binası tikəcək - Gürcü nazir açıqladı

img

26-12-2017 [21:34]


Tbilisidəki Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının yeni binası üçün iki yerdə torpaq sahəsi təklif olunub.

Bu barədə Gürcüstanın mədəniyyət və idman naziri Mixeil Giorqadze deyib.

O bildirib ki, torpaq sahələri teatrın hazırda olduğu yerə yaxın yerləşir: "Azərbaycan tərəfinin hansı sahəni seçəcəyi ilə bağlı qərarını gözləyirik. Teatr üçün yeni binanın tikilməsi ilə bağlı öhdəliyi SOCAR şirkəti öz üzərinə götürüb".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR