Zaxarovaya yeni diplomatik rütbə verdi

img

26-12-2017 [18:52]


​Rusiya prezidenti Vladimir PutinXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya yeni diplomatik rütbə verib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Mariya Zaxarovaya birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib. Bu vaxta kimi M. Zaxarovanın rütbəsi ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi idi. 

Qeyd edək ki, M. Zaxarova 2015-ci il avqustun 10-da Rusiya XİN-in Mətbuat və İnformasiya Departamentinin rəhbəri təyin olunub. O, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) jurnalistika fakültəsini bitirib. 2003-cü ildə Rusiya Xalqlar Döstluğu Universitetində tarix elmələri namizədi elmi dərəcəsi alıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA