Avropa Şurasının seckiqabağı missiyası oktyabrda Bakıya gələcək

img

07-09-2010 [02:02]


Azərbaycanda secki öncəsi dövlət qurumları ilə birgə bir sıra layihələr həyata keçirən Avropa Şurasının seckiqabağı missiyası oktyabrın ortalarında Bakıya gələcək. Bu barədə Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Veronika Kotek bildirib. ?Bizim sərbəst toplaşma ilə bağlı yerli icra strukturları və polislə regionlarda bəzi tədbirlərimiz olub. Biz Mərkəzi Seçki Komissiyası ilə birgə şikayətlərin təqdim olunması və onların baxılması məsələlərinə dair seminarlar keçirmişik. Həmçinin, məhkəmə orqanları ilə də çalışmalar planlaşdırmışıq. Çünki bu şikayətlər sonda elə məhkəmələrə gəlib çıxır?, - deyə Veronika Kotek qeyd edib. AŞ-nın Azərbaycandakı nümayəndəsi seçkilərin qərəzsiz işıqlandırılmasında medianın rolu böyük oduğundan KİV-lə də birgə tədbirlərin keçiriləcəyini söyləyib. Veronika Kotekin məlumatına görə, oktyabrın ortalarında 5 nəfərdən ibarət seçkiqabağı missiya Azərbaycana gələcək ?Onlar ölkədə qalacaqları 3 gün ərzində hökümət nümayəndələri və siyasi partiyalarla danışıqlar aparacaqlar. Seçkini müşahidə edəcək missiya isə Avropa Şurası Parlament Assambleyasının 30 üzvündən ibarət olacaq. Və bu missiya seçkidən bir neçə gün əvvəl Azərbaycana gələcək. Biz buna ümumi seçki deyirik və ölkənin gələcəyi baxımından çox əhəmiyyətli seçkilər adlandırırıq?, - deyə Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Veronika Kotek bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA