Rəsmi Moskvadan Gürcüstan və NATO-ya xəbərdarlıq: "2008-ci ilin avqust hadisələrinin təkrarı..."

img

26-12-2017 [14:26]


"Moskva Tiflisin aktiv şəkildə NATO strategiyalarının reallaşmasında iştirak etməsinə təəssüf edir".

Bunu "RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin söyləyib. Onun sözlərinə görə, Tiflisin bu mövqeyi Gürcüstanın təhlükəsizliyini gücləndirmir:

"ABŞ və digər NATO üzvlərinin Gürcüstanın hərbiləşdirilməsi kontekstindəki səyləri regionda ciddi narahatlıq yaradır. Təəssüf ki, qonşuları ilə münasibətləri yoluna qoymaq yerinə Tiflis Rusiyanın qarşısının alınmasıyla bağlı NATO strategiyalarının reallaşdırılmasına qoşulub. Bu, Gürcüstanın təhlükəsizliyini gücləndirmir. Bizim Abxaziya və Cənubi Osetiya kimi müttəfiqlərimiz 2008-ci ilin avqust hadisələrinin təkrarından bu gün etibarlı şəkildə sığortalanıblar. Cənubi Qafqazda stabillik problemlərinə fərqli yanaşmaların mübarizəsi hələ də davam edir”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA