Həmsədrlər cəbhə xəttindəki son insidentdən narahatlıq ifadə ediblər

img

06-09-2010 [03:22]


ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəfləri əməkdaşlığa çağırıblar. ATƏT-in rəsmi saytının yaydığı məlumata görə, bəyanatda deyilir ki, həmsədrlər 6-10 sentyabr tarixlərində atəşkəs rejiminin möhkəmlənməsi, kompromis ruhda danışıqlara təsir etmək və həmçinin, gələcək şərtlərin hazırlanması üçün lazım olan əlavə tədbirlərin müzakirəsi məqsədilə Bakı, İrəvan və Dağlıq Qarabağa səfər edəcəklər. Sentyabrın üçüncü həftəsində isə həmsədrlər BMT Baş Assambleyasının kuluarında tərəflərlə işləmək üçün Vaşinqtona, Kolumbiya dairəsi, daha sonra Nyu-Yorka yola düşəcəklər. Həmsədrlər bu intensiv fəaliyyət dövründə bütün tərəfləri atəşkəs barədə razılığı ciddi müşahidə etmək və tərəqqi üçün vacib olan kompromis ruhunun möhkəmlənməsi üçün yerlərdə səbirli olmağa, mənfi xarakterli açıq bəyanatlardan uzaq olmaq, həmçinin, ciddi dialoqun başlanğıcı üçün inamlı siyasi iradə nümayiş etdirməyə çağırıblar. Həmsədrlər cəbhə xəttində son insidentləri xatırladaraq, insanların tələfatına təəssüf etdiklərini bildiriblər. Onlar həmçinin, Almatıda iki ölkə nazirlərinin güc tətbiqinin vəziyyəti daha da çətinləşdirdiyini xatırladıblar. Sentyabrın sonundan oktyabrın ortalarına qədər həmsədrlər yerlərdə vəziyyətin qiymətləndirilməsi, Dağlıq Qarabağa bitişik ərazilərdə humanitar yardıma müşahidə və bundan əvvəl tərəflərlə razılaşdırılmış münaqişənin nizamlanma prinsiplərinin müzakirəsi üzrə missiyanın keçirilməsi üçün regiona qayıdacaqlar. BMT-nin Qaçqınlarla İş üzrə Baş Komissarlığı idarə heyətinin nümayəndələri daxil olmaqla, məsləhətçi və ekspertlərdən ibarət yüksək səviyyəli qrup 2005-ci ildən bu ərazilərdə birinci beynəlxalq missiyanın həmsədrlərini müşayiət edəcək. Müşahidənin yekunları üzrə çıxışlar Vyanada təqdim olunacaq. Daha sonra həmsədrlər ATƏT Daimi Şurasının fəaliyyəti barədə illik məruzə hazırlayacaq və Astanada ATƏT-in sammitinə hazırlıq üzrə fəal işləyəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA