6 nazir istefaya göndərildi - Prezident təsdiqlədi

img

21-12-2017 [12:24]


Moldova Prezidenti İqor Dodon 6 nazirin istefasını təsdiq edib.

Ötən gün baş nazir Pavel Filip nazirlərin istefaya göndərilməsi ilə bağlı prezidentə müraciət etmişdi.

Qərara əsasən, xarici işlər və avrointeqrasiya naziri Andrey Qalbur, iqtisadiyyat və infrastruktur naziri Oktavian Kalmık, səhiyyə, əmək və sosial müdafiə naziri Stela Qriqoraş, kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri Vasili Bıtka və ədliyyə naziri Vladimir Çebotar istefaya göndərilib.

Bundan başqa, baş nazirin müavini Gerogi Balan da istefa verib/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA