Türkiyə parlamentində erməni əsilli deputata görə dava düşdü - "Əxlaq dərsi verə biləcək ən son adamsınız" + FOTO

img

21-12-2017 [10:28]


Türkiyə Böyük Millət Məclisində növbəti insident yaşanıb.

Bu dəfə hakim Ədalət və İnkişaf Partiyası AKP) və müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar arasında dava düşüb.

Məlumata əsasən, davaya səbəb daha öncə Ermənistana səfəri ilə gündəmə gələn erməni əsilli millət vəkili Karo Paylanın AKP-dən olan millət vəkili İlknur İncesözə çıxışı zamanı replika ataraq "əxlaqsızlıq etmə" deməsi olub.

Bu sözlərdən hiddətlənən AKP-li millət vəkilinin cava olaraq "Siz parlamentdə əxlaq dərsi verə biləcək ən son adamsınız" deməsindən sonra hər iki partiyadan olan millət vəkilləri arasında insident yaranıb.

Xatırladaq ki, dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Cümhuriyyət Xalq Partiyası (CHP) və AKP-li millət vəkilləri arasında qarşıdurma yaranmışdı/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA