Çavuşoğlundan ABŞ-a sərt təpki: "O ölkələri də işgal edəcəksiz?"

img

20-12-2017 [20:29]


Türkiyənin xarici iişlər naziri Mövlud Çavuşoğlu Trampın Qüdsə bağlı qərarına qarşı sabah BMT-də keçiriləcək səsvermə ilə bağlı Amerikaya sərt mesajlar verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstinin xarici işlər naziri ilə birlikdə mətbuat konfransı keçirən Çavuşoğlu vicdanı olan hər kəsin Qüdslə bağlı hüquqazidd və Fələstin haqlarını qəsb edən qərara qarşı olduğunu vurğulayaraq, ABŞ-ın indi təhdid taktikasına keçdiyini bildirib:

"Sabah keçiriləcək səsvermədə yalnız qalacağını dəqiq bilən ABŞ-ın indi də təhdid taktikasına başladığını görürük. Deyirlər ki, "BMT-dəki bütün ölkələrin daimi nümayəndəliklərinə, təmsilçilərinə məktub göndərərək, kimin necə səs verdiyini təqib edəcəyik. Yəni hər bir ölkədən tək-tək ad alıb, sonra Trampa məruzə edəcəyik". Bununla nə edəcəksiz?! Adları alacaqsınız da. Bundan sonra nə edəcəksiz? Səsverən o ölkələrin də işgal edilməsinə imkan yaradacaqsınız və ya onları işğal edəcəksiz? 

Artıq dünya dəyişdi. Artıq "mən güclüyəm, o səbəblə haqlıyam" anlayışı dəyişdi. Artıq dünya haqsızlıqlara üsyan edir. Artıq heç bir qürurlu millət, heç bir şərəfli dövlət bu cür basqılara boyun əyməz. Hər kəs vicdanının səsi və millətinin istəyi ilə səs verəcək. Sabah da belə olacaq. Kimsə bu basqılara boyun əyməyəcəkdir. Bir sözlə, ABŞ-ın bu cür təhdidlərdən əl çəkməsi lazımdır".

Nazir ABŞ-la aralarında davam edən viza gərginliyinə də toxunub: 

"Bu problem yaşananda Tillersona dedim ki, "yanlış qərar verdiniz. Biz də buna qarşılıq
verdik. Boş yerə amerika və türk vətəndaşlarını cəzalandırmayaq". O, bu məsələdə həmfikir olduğunu bildirdi. Düşünürəm ki, Yeni ildən bu problem normallaşacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA