Niderland Krallığı Senatının sədri Rene van der Linden Azərbaycana səfərə gələcək

img

06-09-2010 [01:14]


Niderland Krallığı Senatının sədri Rene van der Linden sentyabrın 7-də Azərbaycana səfərə gələcək. Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, səfərin məqsədi Azərbaycan ilə Niderland Krallığı parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərimizin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində Rene van der Linden Milli Məclisin sədri Oqtay Əsədov, beynəlxalq münasibətlər və parlamentlərarası komitənin üzvləri və digər rəsmi şəxslərlə görüşəcək. Niderlan Krallığı Senatının sədri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcək, Azərbaycanın tarixi-mədəniyyət abidələri ilə tanış olacaq. Səfər sentyabrın 10-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA