AŞPA-nın qış sessiyasının gündəliyi açıqlandı - Nələr olacaq?

img

20-12-2017 [14:39]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyi açıqlanıb.

"Report” AŞPA-nın Mətbuat xidmtinə istinadən xəbər verir ki, qış sessiyası 2018-ci il yanvarın 22-26-da Strasburqda açılacaq.

Sessiyada AŞPA-ya yeni sədr, insan haqları üzrə komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.

Yığıncaqda Danimarkanın varis şahzadəsi, Avstriyanın prezidenti Aleksandr van der Bellen çıxış edəcək.

Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sarqsyan məruzə edəcək.

Yanvarın 26-da da Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hesabatı müzakirə olunacaq.

Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA