DTX-nın bu əməkdaşları haqda sərəncam verildi - SİYAHI

img

19-12-2017 [18:15]


Bu gün Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)əməkdaşları haqda da sərəncamlar verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim” fəxri adı verilib:

Hüseynova Elmira Bahadur qızı

Əsədova Nailə Əsəd qızı

İsmayılov Zakir Xeyrulla oğlu.

***

Prezidentin digər sərəncamı ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif olunublar:

Kərimova Elnurə Camal qızı

Tağıyeva Leyla Əliyevna.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA