istanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb

img

05-09-2010 [02:32]


Ağstafa rayonunda İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza rayonun Dağ Kəsəmənli kəndi ərazisində, saat 05.30 radələrində baş verib. Sentyabrın 2-də İstanbul şəhərindən yola düşən ?Öz Hasanoğlu? şirkətinə məxsus olan ?Mercedes? markalı avtobus qarşısına nəqliyyat vasitəsinin çıxması nəticəsində sürücünün idarəetməsindən çıxaraq qəza törədib. Hadisə nəticəsində ilkin məlumata görə, avtobusun sürücüsü Coşqun adlı şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib. Onun köməkçisi işləyən Oruc adlı şəxs isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq rayon xəstəxanasına çatdırılıb. Ağstafa rayon Yol Polisi Şöbəsinin rəisi Hidayət Kərimov faktı təstiqləyib və baş vermiş hadisə ilə bağlı ayraşdırma aparıldığını bildirib(anspress).[center][/center][center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA