Adnan Hacızadənin məhkəməsi sentyabrın 17-də keçiriləcək

img

14-09-2010 [01:34]


Sentyabrın 17-də saat 15:00-da həbsdəki blogger Adnan Hacızadənin apelyasiya şikayətiylə bağlı məhkəmə prosesi keçiriləcək. Bu barədə Bakı Apelyasiya Məhkəməsindən bildiriblər. Qaradağ rayon Məhkəməsi Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini təmin etməyib. O, cəzasının tən yarısını çəkib. Adnan Hacızadə və digər blogger Emin Milli 2009-cu il iyulun 8-də Bakının ?Livan? restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA