Tahir Abbaslı: ?ABŞ və Qərb bazımızı aldadıb neftimizi aldı, Rusiya isə qazımızı alacaq?

img

04-09-2010 [05:09]


?Rusiya prezidenti Dmtri Medvedyevin səfəri başımızı aldatmaqdan başqa bir şey deyildi. Gümrü bazası ilə bağlı Ermənistanla imzalanan sazişdan sonra Azərbaycanda yaranan narazılıq odunun üstünə su tökmək üçün gəlmişdi?. Bu fikri MIA-ya açıqlamasında AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun fikrincə, Rusiya Azərbaycan üzərində tam hegemonluğa çalışır və bu istiqamətdə ciddi müqavimətə rast gəlmədən irəliləyir: ?Artıq qaz satışı ilə bağlı ciddi irəlilyişlər var. Əvvəlcə Azərbaycan bu məsələdə dirəniş göstərirdi. Əvəzində Qarabağ məsələsinin həllini tələb edirdi. İndi belə deyil. Bir-birinin ardınca qaz sazişləri bağlanır. Azərbaycan isə ciddi tələblər irəli sürə bilmir. Bu isə onu göstərir ki, artıq Rusiya Azərbaycanda hegemonluq niyyətini gerçəkləşdirmək üçün bütün müqavimətlərimizi qırıb?. AİDP sədrinin fikrincə, bir vaxtlar Qarabağın azadlığı müqabilində neftini Qərbə qurban verib əvəzində heç nə əldə etməyən Azərbaycan oxşar durumla üzləşib: ?Bu dəfə Rusiyanın ssenarisi üzrə hərəkət edirik. Yenə heç nə əldə etməyəcəyik. ABŞ və Qərb başımızı aldadıb neftimizi aldı, Rusiya isə qazımızı alacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA