Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüzü bazlayıb

img

03-09-2010 [11:31]


Sentyabrın 3-də Azərbaycanda rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ruisya prezidenti Dmitri Medvedev və xanımı Svetlana Medvedevanı səmimiyyətlə qarşılayıblar. Azərbaycanın dövlət və hökumət nümayəndələri D.Medvedevə, Rusiya nümayəndə heyətinin üzvləri isə İ.Əliyevə təqdim olunublar. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü başlayıb. ?İTAR-TASS? xəbər verir ki, danışıqları açıq elan edən prezident İlham Əliyev gündəliyin kifayət qədər zəngin olduğunu söyləyib: ?Sizin Azərbaycana səfəriniz əlaqələrimizin daha da inkişafı baxımdan çox mühümdür, xüsusilə o halda ki, bizim müzakirə edəcək mövzularımız var?. Azərbaycan prezidenti iki ölkə arasında münasibətlərin səmimi, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə edib. Dmitri Medvedyev Azərbaycan prezidentinin bu dəyərləndirməsi ilə razılaşıb: ?Ümidvaram ki, biz ikitərəfli münasibətlərimizin mövcud durumunu, regional gündəmi, beynəlxalq məsələləri müzakirə edə biləcək və mühüm sənədlər imzalayacağıq. Bizim təkcə Bakı və Moskvada deyil, digər sammitlər zamanı da mütəmadi görüşlər keçirməyimiz uzun illər davam edəcək sıx, şəffaf və dostluq münasibətlərinin əsasıdır. Biz Rusiya-Azərbaycan münasibətlərini belə görürük?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA