"Sülhün bərqərar olmasından sonra Ermənistan-Türkiyə və Azərbaycan-Ermənistan sərhədləri açıla bilər"

img

02-09-2010 [11:28]


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd İğdır vilayətinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb. Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib ki, Ankara Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, Qafqazda əsrlər boyu müxtəlif millətlər birlikdə yaşamış və yaşayacaqlar. Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün Azərbaycanın işğal altındakı torpaqları azad edilməli və Dağlıq Qarabağ problemi həll olunmalıdır. Bunlar əsas şərtlərdir. Əhməd Davudoğlu daha sonra deyib ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarıldıqdan və sülhün bərqərar olmasından sonra Ermənistan-Türkiyə və Azərbaycan-Ermənistan sərhədləri açıla bilər. O zaman bu region sülh və sabitlik məkanına çevriləcəkdir. Biz bunu həyata keçirməkdə qətiyyətliyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA