Azərbaycan BMT-nin Baz Məclisinin növbəti iclasında yeni qətnamə ilə çıxız edəcək

img

01-09-2010 [01:27]


Rəsmi Bakı BMT-nin Baş Məclisinin növbəti iclasında yeni qətnamə ilə çıxış edəcək. Qətnamədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən məcburi çıxarılan insanların hüquqlarının pozulması və bu hüquqların beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilməsi məsələsi əksini tapıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərinin ATƏT-in Minsk qrupu çərçivəsində və Madrid prinsipləri əsasında geri qaytarılması məsələləri müzakirə olunacaq. Bütün bu məsələlər, təklif olunan yeni qətnamə ortada yeni vəziyyət yaratmaqla yanaşı, dünya dövlətlərinin insan hüquqlarına münasibətini müəyyənləşdirəcək, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli ilə bağlı yanaşmalarını da aydınlaşdıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA