Almaniyanın yeni səfiri Elmar Məmmədyarovla görüzüb

img

31-08-2010 [04:58]


Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herber Kvellini qəbul edib. Nazirliyin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, etimadnamənin surətini təqdim edən H. Kvelli ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Almaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib. Öz növbəsində nazir E. Məmmədyarov Azərbyacana səfir təyin olunması münasibətilə alman diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA