“AŞIQ ƏLƏSGƏR” MONOQRAFİYASININ TƏQDİMATI KEÇİRİLİB - Çıxış + FOTOLAR

img

30-11-2017 [12:09]


"Göyçə” İctimai Birliyinin təşkilatçılığı ilə "Azərsun” Holdinqin Mədəniyyət Mərkəzində tanınmış folklorşünas alim, professor Hüseyn İsmayılovun 65 illik yubileyi və onun bu günlədə işıq üzü görmüş "Aşıq Ələsgər” kitabının təqdimat  mərasimi keçirilib. 

Mia.az xəbər verir ki, tədbiri giriş sözü ilə yazıçı-şair, "Göyçə” İctimai Birliyinin sədri Eldar İsmayıl açıb.

O, Hüseyn İsmayılovun Dədə Ələsgərlə bağlı yazdığı monoqrafiyanın əhəmiyyətinə toxunaraq bildirib ki, bunu ələsgərşünaslıqda son dövrün ən mükəmməl əsəri hesab etmək olar:  "Müəllif sözün qüdrətindən məharətlə istifadə edən ustadı haqlı olaraq türk dünyasının tanınmış söz xiridarlarından olan Yunis İmrə, Cəlaləddin Rumi, Məhəmməd Füzuli, Əhməd Yəsəvi, Şəms Təbrizi və digərləri ilə eyniləşdirib. Yuxarıda adları çəkilən söz xiridarlarının yaradıcılıöında öz əksini tapan ilahi eşq və ilahi sevda sözün qüdrəti ilə bizlərə çatdırılıb, Haqq Dərgahında hər biri özlərinin layiq olduğu məqama yüksəliblər. Dədə Ələsgər də Haqq Dərgahında xüsusi məqama yüksələn sənətkarlardandır”.

Tədbirin aparıcısı, jurnalist Arif Məmmədli qeyd edib ki, bu monoqrafiya klassik aşıq poeziyasının zirvəsi hesab olunan Dədə Ələsgərin 200 illik yubileyi ərəfəsində onun unudulmaz xatirəsinə ən böyük töhfə, həmçinin Aşıq Ələsgərin ədəbi irsini araşdıran tədqiqatçılar, bütövlükdə bütün ələsgərsevərlər üçün dəyərli bir vəsaitdir: "Həm də heç bir zərurət olmadan Aşıq Ələsgərin bioqrafiyasını təftiş edənlərə tutarlı cavabdır".        
                                                                                    
AMEA-nın Folklor İnstitunun  direktoru, akademik Muxtar İmanov  H.İsmayılovun yaradıcılığndan geniş söhbət açaraq, onun  həm də yaxşı təşkilatçı olduğunu qeyd edib. Folklor Mərkəzinin Folklor İnstitutu səviyyəsinə çatdırılmasında və struktrunun formalaşdırılmasında müstəsna xidmətləri olduğunu bildirib.  

M.İmanov çıxışının sonunda H.İsmayılovun fəaliyyətini bir daha yüksək qiymətləndirərək institun "Fəxri Fərman”ını yubilyara təqdim edib.                                                                                                             
Tədbirdə  çıxış edən alimlərdən professor İbrahim Bayramov, Faiq Həsənov, Nağdəli Zamanov, Folklor İnstitutunun əməkdaşı Sərxan Xavəri, el ağsaqqalı Abbas Mazanov müəllifin həyatı və yaradıcılığndan, Dədə Ələsgər sözünün qüdrətindən söhbət açıblar.  
                                           
Cənubi Azərbaycandan təşrif gətirmiş folklorşünas Böyükbəy Ələkbəroğlunun çıxışı da maraqla qarşılanıb. 

Qarabağ qazisi, Respublika Vətənpərvərlər Cəmiyyətinin sədri Arif Məhərrəmov da H.İsmayılovla bağlı səmimi duyğularını bölüşərək onu rəhbərlik etdiyi Cəmiyyətin Fəxri Diplomunu təltif edib. 

Bədii hissədə isə aşıqlara meydan verilib. Aşıq Bəhmən Göyçəli, Göyçə Ömürlü, Xanım Göyçəli, Altay Məmmədli, Təbriz aşıqları Əmir Məhəmmədi, Saleh Hümbətçinin, Türkiyədən gələn Aşıq Camal Kayhanın və balabançı Əziz Göyçəlinin ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.  

Tədbirdə Hüseyn İsmayılova ölkə hüdüdlarından kənarda ünvanlanan çoxsaylı təbrik məktublarının mətnləri səsləndirilib. Moskvada yaşayan həmyerlimiz, porofessor Ələddin Allahverdiyevin, Türkiyədə yaşayan professor Elbrus Cəfərovun, Türkiyə ədəbi ictimaiyyətində kifayət qədər tanınmış Mətin Özər və Mustafa Haksevərin ürək sözləri oxunub. 













Digər xəbərlər
SON XƏBƏRLƏR