ATƏT-in təmas xəttində aparılan monitorinq insidentsiz baza çatıb

img

31-08-2010 [02:21]


Bu gün ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhənin Xocavənd istiqamətində monitorinq keçirilib. Missiya üzvləri azərbaycanlı hərbçilərin müşayiətilə monitorinqin keçiriləcəyi əraziyə yollanıb və saat 13:30-dan etibarən ərazidə müşahidə aparıb. Xocavənd rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, monitorinq insidentsiz başa çatıb. Xatırladaq ki, monitorinqdən əvvəl ATƏT nümayəndələri Beyləqanda yerləşən Xocavənd rayon İcra Hakimiyyətinə gəlib və burada icra başçısı ilə görüşərək ondan cəbhədəki vəziyyət barədə məlumat alıblar. Görüş zamanı icra başçısı Eyvaz Hüseynov Minsk qrupunun fəaliyyətsizliyinə öz etirazını bildirib. ?Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyətindən öz narazılığımı bildirdim. Ermənistan ərazilərimizi işğal edib. Torpaqların azad olunması üçün heç bir tədbir görülmür. Mən deyərdim ki, Minsk Qrupu ermənilərin tərəfini saxlayır. Ermənistan işğalçı dövlətdir. Beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarımızı azad etməlidir, ancaq onlar buna məhəl qoymurlar?, - deyə Eyvaz Hüseynov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA