"Ölkənin generalıyam, məni siqaret satanlara görə tutmusunuz" - General Elçin Quliyevdən son söz

img

27-11-2017 [13:30]


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə Azər Mehdiyev son sözlə çıxış edərək günahsız olduğunu deyib: "Məni ir Maqsud Mahmudovun işinə görə tutublar. Həni epuzodda mənim günahım yoxdur. Barəmdə bəraət hökmü çıxarılmalıdır".

General Elçin Quliyev isə çıxışında kəskin danışmayıb: "Məni siqaret satanlara görə tutub gətirmisiniz. Mənim nə qədər naliyyətlərim olub. Gəncə, "Sovetski" hadisələrində ciddi xidmətlərim olub. Güclü əməliyyatlarım olub, hamısı da uğurla nəticələnib. Bu, belə olmaz. Mən ölkənin generalıyam. Heç bir günahım yoxdur. Bəraət istəyirəm".

O, çıxışında bir dəfə də olsun keçmiş rəhbərinin adını çəkməyib.Daha sonra hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə çıxıb.

Hökmün elanı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq