ADO 16 dekabrda küçə performansı göstərəcək - Abutalıbovla Əbülfəs Qarayevə müraciət

img

26-11-2017 [17:51]


Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 16 dekabr saat 16:00-da küçə performansı göstərmək üçün qərar verib. 

Bu barədə teatrın rəhbəri Elmin Bədəlovun Mia.az-a verdiyi məlumata görə, teatr bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə yenidən müraciət edib.

Müraciətdə bildirilir ki, ADO "Qış Parkı" adlanan ərazidə "Qadın Səsi" adlı performansını nümayiş etdirmək istəyir:  "16 dekabr saat 15:45`dən 16:45`ə kimi adıçəkilən ərazidə performans göstərmək üçün bizə şərait yaratmağınızı, eyni zamanda teatr əməkdaşlarının və tamaşaçılarımızın təhlükəsizliyinin təmin olunması ilə bağlı addımlar atmağınızı xahiş edirik".

Qeyd edək ki, bir neçə gün bundan öncə ADO merə və nazirə rəsmi müraciət etmişdi. Mədəniyyət və Turizm Nazirliyi cavabında bildirmişdi ki, bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək məqsədəuyğundur. Meriya isə cavabında bildirmişdi ki, adıçəkilən məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək məqsədəuyğundur.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR