Azərbaycanlı oliqarx oğlunun lüks həyatı - Barlar, silahlar, maşınlar, milyardlıq şoular - FOTOLAR

img

26-11-2017 [15:22]


Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının kiçik oğlu Ramin Zülfüqarlı dəbdəbəli həyatı ilə sosial şəbəkələrdə diqqət mərkəzindədir.

Mia.az xəbər verir ki, Zülfüqarlı qardaşları kimi tanınan iş adamları vaxtı ilə Bakıda metal biznesi ilə məşğul oublar. Qardaşlar "Bakıelektroştamp” və "Bakıpoladtökmə” zavodlarına sahiblənməklə, Azərbaycanın ən gəirli biznes sahələrindən birini öz əllərində cəmləyiblər. Lakin sonradan Zülfüqarlı qardaşlardan biri - Loğman Zülfüqarlı sabiq istiasdi inkişaf naziri Fərhad Əliyevlə və eyni zamanda, bir neçə qanunsuz fəaliyyətdə ittiham olunub, həmçinin qeyd edilən zavodlarını "əyri yollar"la özəlləşdirməkdə suçlanıb. O zaman "Bakıpoladtökmə”nın direktoru vəzifəsini daşıyan Nurəddin Zülfüqarlı da eyni əməllərə görə təqsirləndirilərək, həbs olunub. 

Lakin həbsdən hansısa yolla çıxan qardaşlar dərhal ölkəni tərk ediblər. Bundan sonra onlar Türkiyəyə sığınaraq, Azərbaycanda itirdikləri zavodların davasını etməyə başlayıblar. Lakin onlar bu günədək zavod davalarında uğur qazana bilməyiblər.
 
Yeri gəlmişkən, a24.az saytı iddia edir ki Türkiyədə yaşayan Zülfüqarlı qardaşları Mənsimovlar ailəsi qudadırlar. Belə ki, Loğman Zülfüqarlının böyük oğlu Şahin Zülfüqarlı Mais Mənsimovun qızı ilə ailə həyatı qurub. 

Mia.az adıçəkilən sayta istinadən iş adamının oğlunun dəbdəbəli həyatından bəhs edən fotolarını da təqdim edir:





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 07.05.2025

Sabah yağış yağacaq