Qubada maşın körpüdən çaya düşdü - 5 nəfər xəsarət aldı

img

26-11-2017 [14:26]


Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Quba-Xınalıq yolunun 28-ci km-də baş verib. Xınalıq kənd sakini Babasultan Sultanovun idarə etdiyi "Mitsubishi” markalı maşın körpünün üzərindən çaya düşüb. Qəza nəticəsində sürücü və bir ailənin 4 üzvü - 1964-cü il təvəllüdlü Gülcamal Sultanova, 1985-ci il təvəllüdlü Həyat Sultanova, 4 yaşlı Günay və 1 yaşlı Nəcməddin xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq