Gürcüstan yasda: Batumidə 11 nəfər yanaraq öldü - VİDEO

img

25-11-2017 [10:28]


Batumi şəhərində yerləşən "Leo Qrand" otelində yanğın baş verib.

İnsident nəticəsində 11 nəfər həlak olub, 21 nəfər xəsarət alıb. Məlumatı Gürcüstanın daxili işlər nazirliyi yayıb.

Nazirliyin məlumatına görə oteldə "Miss Gürcüstan" gözəllik müsabiqəsi keçirilirmiş. Həlak olanlardan 10 nəfəri gürcü vətəndaşı, bir nəfər isə İran vətəndaşıdır. Xəsarət alanlar arasında İsrail və Türkiyə vətəndaşları da var.

Yanğın otelin dördüncü mərtəbəsində, axşam saatlarında başlayıb. Ehtimal edilir ki, yanğın spa-mərkəzində başlayıb. Bu vaxt "Miss Gürcüstan" müsabiqəsinin iştirakçıları spa-salonda olublar. Gözəllər təxliyə edilib, onlardan xəsarət alan yoxdur(olke.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq