Deputat və icra başçısının qohumu qətlə yetirildi - Məhərrəmkənddə atışma

img

23-11-2017 [23:27]


Dağıstanın Azərbaycanla sərhədində yerləşən Məhərrəmkənd rayonunda baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə RİA-ya rayon rəhbəri Fərid Əhmədov məlumat verib. O, olay zamanı yaralanan 3 nəfərin isə xəstəxanaya çatdırıldığını bildirib.

Ölənlərdən birinin rayon məclisinin deputatı olduğu qeyd edilib.

Hadisənin törədənlərdən biri ələ keçib, 2-si isə ərazidən uzaqlaşıb.

Ümumilikdə isə atışmada 8 nəfərin iştirak etdiyi deyilib.

***

Hüquq-mühafizə orqanlarındakı mənbədən RİA-ya verilən məlumata görə, atışma pula, daha dəqiq desək. borc qalmaqalına görə baş verib. İnsidentdən Məhərrəmkənd rayon icra başçısının qohumları da iştirak edib. Onlardan biri – Eldar Yarəliyev öldürülüb, digəri isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

İndiyə qədər 6 nəfər həbs edilib, 15-ə qədər şəxsin axtarış əməliyyatı davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq