23-11-2017 [18:41]
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi (İdarə) tərəfindən ayrı-ayrı illər üzrə büdcə vəsaitinə olan tələbat üzrə proqnoz göstəriciləri hazırlanarkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib, bəzi xərclər üzrə real tələbat və ötən illərin icrası nəzərə alınmayıb, ayrı-ayrı təşkilatlardan büdcə vəsaitinə olan tələbat barədə sifarişlər tələb edilməyib, həmçinin zərurət olmadığı halda bəzi xərc maddələri üzrə dürüstləşmə aparılsa da, artırılmış xərclərdən istifadə olunmayıb, nəticədə icra ilkin təyinatdan aşağı olub, nağd vəsaitlərin uçotuna nəzarət edilməməsi səbəbindən auditlə əhatə olunan illərdə büdcədənkənar vəsaitlər üzrə daxilolmalar müvafiq olaraq 27,3 %, 30,4% və 44,7% təşkil edib.
Bu barədə Hesablama Palatasının hesabatına istinadən məlumat verir.
Hesabatda bildirlir ki, əməyin ödənilməsini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək işçilərin tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, iş günlərinin düzgün hesablanmaması, 0,5 stavka ilə işləyən işçilərə tam vəzifə maaşı ödənilməsi, elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin düzgün müəyyənləşdirilməməsi, işdən azad edilən işçilərə son haqq-hesabın düzgün hesablanmaması, artıq dərs tarifləşdirilməsi hallarına yol verilib, bəzi hallarda tədris planında nəzərdə tutulmuş fənn saatlarının tədrisi tam təmin edilməyib, bəzi mədəniyyət evləri üzrə ümumilikdə 30 ştat vahidi artıq saxlanılıb.
Malların (iş və xidmətlərin) satın alınması zamanı "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və "Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın, eləcə də, dövlət satınalmalarını tənzimləyən digər qanunvericilik aktlarının bəzi tələblərinə bir sıra hallarda əməl edilməyib, satınalmaların birbaşa müqavilə əsasında həyata keçirilməsinə razılıq alınsa da, alınmış razılıqdan artıq məbləğə müqavilə bağlanılıb, 2015-ci ildə 8 halda satınalma müqavilələrində nəzərdə tutulmayan mal-material alışı həyata keçirilib, vəsait satınalma metodu tətbiq edilmədən xərc edilib, 49 halda keçirilən satınalmalar üzrə müqavilələrdə nəzərdə tutulmayan malların alışı həyata keçirilib.
Təşkilatlar tərəfindən xüsusi vəsaitlər üzrə əldə edilən gəlirlər birbaşa müvafiq bank hesabına təhvil verilməyib, təşkilatlardan nağd qaydada təhvil götürülsə də 42214,0 manat vəsait uçota alınmayıb, təmir-tikinti işləri üzrə debitor borclar vaxtında bağlanılmayaraq müqavilə şərtlərinə əməl edilməyib/Trend.
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama