Bu gün Ankarada Əbülfəz Elçibəyin xatirəsinə iftar yeməyi veriləcək

img

27-08-2010 [01:09]


Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində mərhum prezident Əbülfəz Elçibəyin xatirəsinə iftar süfrəsi təşkil olunacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Türkiyənin Qazi Universitetinin professoru Xanım Xəlilova məlumat verib. X.Xəlilova MİA-ya açıqlamasında deyib ki, iftar süfrəsinin xərcini Türkiyə Elm Xadimləri İttifaqının sədri Şükrü Koç çəkəcək. Onun sözlərinə görə, məclisə Türkiyənin tanınmış ictimai-siyasi xadimləri, elm adamları və media nümayəndələri dəvət olunublar. X.Xəlilova bildirib ki, iftar yeməyindən sonra Almaniyanın nüfuzlu telekanallardan birinin onun xatirələri əsasında mərhum Əbülfəz Elçibəy haqqında çəkdiyi sənədli film nümayiş olunacaq. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA