icra bazçısına qarzı terror

img

27-08-2010 [01:03]


Rusiyanın Dağıstan Respublikasının Xasavyurt rayonunda növbəti terror aktı törədilib. Silahlıların budəfəki hədəfi rayon icra hakimiyyətinin başçısı Cambulat Salavov olub. Onun xidməti maşınının hərəkət etdiyi yolda partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Terror nəticəsində icra başçısı xəsarət almasa da, onun mühafizəsinin üç əməkdaşı yaralanıb. İcra başçısının sələfi də naməlum silahlılar tərəfindən qətlə yetirilib. Hazırda faktla bağlı hüquq mühafizə orqanları istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA