?içərizəhər?də 2 ədəd top mərmisi tapılıb

img

25-09-2010 [01:27]


Bakıda 2 ədəd top mərmisi tapılıb. ?İçərişəhər?də aşkarlanmış sursatlardan biri istifadə üçün yararlı, digəri yararsız olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu ?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğunda qazıntı işləri aparılarkən döyüş sursatlarının aşkarlanması barədə məlumat alan FHN mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıb. Müəyyən olub ki, aşkarlanmış sursatlar istifadə üçün yararlı 1 ədəd 75 mm-lik top mərmisi və istifadə üçün yararsız 1 ədəd 120 mm-lik döyüş başlığı olmayan top mərmisidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA