Türkiyədə azərbaycanlı qadın əri tərəfindən 33 yerdən bıçaqlandı

img

26-08-2010 [03:07]


Türkiyədə Azərbaycanlı bir qadın bıcaqlanıb. Türkiyə informasiya agentliklərinini yaydığı məlumata görə, Kocaeli vilayətinin Gölcük rayonunda bir kişi nikahsız yaşadığı aəzrbaycanlı qadına 33 bıçaq zərbəsi vurub. Məlumata görə, Nəzakət Cüməlioğlu adlı azərbaycanlı qadınla bir evdə yaşayan Mehmet A. adlı şəxs istintaqa məlum olmayan səbəbdən aralarında baş verən mübahisə nəticəsində ona 33 bıçaq zərbəsi vurub. Mehmet A. daha sonra 6 yaşlı uşağı da götürərək hadisə yerindən qaçıb. Ağır xəsarət alan həmyerlimiz isə Gölcük Dövlət Xəstəxanasına çatdırılaraq əməliyyata alınıb. Hadisədə şübhəli bilinən Mehmet A. saxlanılaraq barəsində cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA