Bu gün Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin iddiasına baxılacaq

img

15-09-2010 [11:55]


Bu gün Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası ?Çıraqov və başqaları Ermənistana qarşı? işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiasına baxacaq. İddiaçılar Azərbaycanın altı vətəndaşı ? Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılovdur. Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayonundan olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulmuş, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslər iddia ərizələrində bildirmişlər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərəri kompensasiya etməyib. İddia ərizəsi Birinci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərərk qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. Dinləmələri Avropa İnsan Haqları Məhkəməsinin saytında ? www.echr.coe.int/echr online-rejimində izləmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA