Beyləqanda qəzaya düşən maşın yandı - 4 nəfər xəsarət aldı

img

12-11-2017 [14:07]


Bu gün Beyləqanda "QAZ" markalı minik avtomobili maneəyə çırpılaraq yanıb.
 
Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə avtomobilin yanar hissələri yanıb:

"Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb". 

Digər xəbərlər
SON XƏBƏRLƏR