Astarada zəncirvari qəza: 1 nəfər öldü, 6 nəfər yaralandı

img

12-11-2017 [13:39]


Astara rayonunda 1 nəfərin ölümü, daha 6 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ərcivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik maşınının, Lənkəran-Astara marşrutu ilə ilə hərəkət edən "Ford" sərnişin mikroavtobusunun və yük avtomobillərinin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Lənkəran sayon sakini Rzayev Elgün Vaqif oğlu ölüb.

 Hadisə zamanı daha 6 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report  

Digər xəbərlər
SON XƏBƏRLƏR