Kürdəmirdə ağır yol qəzası baz verib, 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

img

26-08-2010 [11:34]


Azərbaycanın Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata, hadisə Bakı-Qazax yolunun 174-cü kilometrliyində qeydə alınıb. Elnur Ağamalıyevin idarə etdiyi ?VAZ-2107? markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən Adil İsgəndərovun idarə etdiyi ?VAZ-2103? markalı maşınla toqquşub. Nəticədə E. Ağamalıyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. A. İsgəndərov və sərnişinləri Şəhla Zeynalova, Sənubər Zeynalova, Lamiyə İsazadə və İsa İsazadə xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA