Memarlıq və inzaat Universitetinin müəlliməsi saxta diplom satanda tutuldu

img

25-08-2010 [12:41]


Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəlliməsi digər şəxslə birgə saxta diplom satarkən tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İnşaat Universitetinin müəllimi Arifə Hacıyeva və Bakı şəhər sakini Lyudmila Məmmədova guya Qroznı Dövlət Neft İnstitutunu bitirməsi barədə diplomu, Bakı şəhər sakini Orxan Nağıyev 12500 dollara satdıqları üçün tutulublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA