Akademik Bakı Apellyasiya Məhkəməsindən prezidenə zikayət edib

img

24-09-2010 [02:40]


Fizika-riyaziyyat elmləri doktoru, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının Rentgen medalı laureatı, Avropa Təbiət Elmləri Akademiyasının AlternativEnergetika və Ekologiya Bölməsi sədrinin müavini Qüdrət İsaqov Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 avqust 2010-cu il tarixli qətnaməsindən prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubu olduğu kimi oxucularımıza çatdırırıq. [b]AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ[/b] Surəti: Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Baki Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova Məlumat üçün: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, PA-da şöbə rəhbəri Fuad Ələsgərova, Milli Məclisin sədri Oqtay Əsədova, Ədliyyə Naziri Fikrət Məmmədova, Xətai rayon məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Gündüz Quliyevə Azərbaycan, Respublika, Xalq, Yeni Azərbaycan, Müsavat, Azadlıq, Bakı Xəbər, Bizim Yol, Reytinq və digər qəzetlərə, Azadlıq radiosuna, APA, Trend, Presspost, Müstəqil İnformasiya, Modern.az, Lent.az, Axar.az, Pia.az, Qafqazinfo, Milli az, və digər agentliklərə Fizika-riyaziyyat elmləri doktoru, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının Rentgen medalı laureatı, Avropa Təbiət Elmləri Akademiyasının Alternativ Energetika və Ekologiya Bölməsi sədrinin müavini İsaqov Qüdrət İsaq oğlunun Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 avqust 2010-cu il tarixli qətnaməsindən açıq şikayət məktubu Hörmətli cənab Prezident! 1992-ci il tarixdən ailəmlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 39a, mən.3 ünvanda yaşayıram. Mənzilim birinci mərtəbədədir. Mənzilimin altındakı zirzəmi 25.10.1991-ci il tarixdə Binəqədi Rayon XDS İK-nin 19/484 saylı qərarı ilə 71.0 kv.m sahə ofis kimi istifadə olunması üçün ?Ürfan? kiçik müəssisəsinə icazə verilmişdi. Həmin sərəncama əsaslanaraq ?Ürfan? kiçik müəssisəsinin rəhbərliyi tərəfindən zirzəminin mövcud giriş qapısından deyil, binanın küçəyə baxan hissəsindən yükdaşıyan divar sökülərək qapı və nəfəsliklər açılmışdır ki, bu da gələcəkdə binanın konstruktiv möhkəmliyinə xələl gətirmək ehtimalını artırmaqla, binanın sakinlərinin narazılığına səbəb olmuşdur. Zirzəmiyə gələnlər daimi səs- küy salmış, qanuna və milli mentalitetimizə zidd hərəkətlərə yol vermişdilər. [b]AMIP-dən əvvəl də zirzəmimiz işğal edilmişdi[/b] Nəzərinizə çatdırmalıyam ki, ?Ürfan? kiçik müəssisəsi o zamanlar Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ?Ulus? kiçik müəssisəsinin tərkibində olmuş, onun möhür və bank hesabından istifadə etmişdi. Yəni ?Urfan? ?Ulus? kiçik müəssisəsinin saxta kiçik müəssisəsi idi. Bank hesabı və möhürü olmayan ?Ürfan? kiçik müəssisəsi kimi qondarma bir qurumla saxta və etibarsız bir icazə ilə o zaman hələ təhvil verilməyən binamızın küçəyə baxan divarı uçurularaq zirzəmimiz işğal olundu. Bunu rayon XDS-nin 25 oktyabr 1991-ci il tarixli, 19/484 saylı qərarı birbaşa sübut edir. Qərarda yazılıb ki, zirzəminin 2, 5, 8, 9, 10 saylı otaqlarından istifadə üçün ?Ürfan? kiçik müəssisəsinə icazə verilsin. Eskizə baxanda görünür ki, zirzəmi otaqlarının bir-biri ilə əlaqələri yoxdur. Mənim otaqlarımın altındakı otaqlar isə tamamilə qeyri-qanuni zəbt olunub. [b]Bakı şəhər İcra Hakimiyyəti binamızın zəlzələyə dözümlüyünü bərpa etmək məqsədilə uçurulmuş divarı hördürdü[/b] Bakı şəhər İcra Hakimiyyəti mənim və bina sakinlərinin şikayət ərizəmizi, eyni zamanda binamızın zəlzələdən uçmaq təhlükəsini nəzərə alaraq 09.11.2001-ci il tarixli Kl-1701 saylı sərəncamla Binəqədi rayon XDS İK-nin 19/484 saylı sərəncamının ləğv olunması üçün Binəqədi rayon İcra başçısına göstəriş vermişdi. Bu göstərişdən dərhal sonra Bakı şəhər İcra Hakimiyyəti işçilərinin iştirakı ilə həmin zirzəminin qapısı divarla hörüldü. Aradan bir neçə gün keçməmiş bir dəstə qoluzorlu gələrək divarı dağıtdı. Bakı şəhər icra hakimiyyəti dəmir qapını qaynaqla bağlatdırdı. Həmin dəstə qaynaqlanmış qapını kəsdirdi və zirzəmiyə yeni qapı saldırdı. Qapı yenidən daşla hörüldü. [b]Zirzəmim 2001-ci ildən saxta-etibarsız müqavilə ilə AMİP-in icarəsinə ötürülüb[/b] Bir neçə gündən sonra AMİP-in bir qrup üzvü həmin dəstə ilə gəlib zirzəminin divarla hörülmüş qapısını yenidən dağıtdılar. Mənə də Dövlət Əmlak Komitəsinin o zamankı rəhbərliyinin-yəni Fərhad Əliyevin həmin zirzəmini Milli İstiqlal partiyasının (AMİP) Binəqədi rayon şöbəsinə icarəyə verməyi haqqında sənəd göstərdilər. Nəticə olaraq onu demək olar ki, zirzəmi ?Ulus? kiçik müəssisəsinin saxta kiçik müəssisəsi olan ?Ürfan? kiçik müəssisəsinin saxta razılığı ilə ƏMDK-nın etibarsız müqaviləsi ilə AMİP-ə ötürülüb. Özü də bu ötürülən hissələr o zaman qeyri-qanuni zəbt olunan hissələrdir. Əmlak Komitəsinin o zamankı rəhbəri Fərhad Əliyev isə bu saxta əməliyyatı qanuniləşdirib. Beləliklə də zirzəmimiz o zaman AMİP tərəfindən beləcə işğal olundu. 2001-ci ildən bu günə kimi Əmlak Məsələləri Dövlət Komitəsi ilə AMİP arasında 4 icarə müqaviləsi baglanıb. 4-cü və sonuncu olan icarə müqaviləsinin müddəti 30.09.2004-cü ildə bitəndən sonra isə Dövlət Əmlak Komitəsi ilə icarəçi arasında sonuncu 6 (altı) il müddətində heç bir icarə müqaviləsi bağlanmayıb. O zamanlar mən bu icarə müqavilələrinin qeyri-qanuni olması barədə Əmlak Komitəsinin keçmiş sədri Fərhad Əliyevə dəfələrlə şikayət etsəm də faydası olmadı. 90-cı illərdə ?Ürfan? kiçik müəssisəsinin adamlarının zirzəmidəki hərəkətlərindən əziyyətlər çkmişik. 2001-ci ildən başlayaraq AMİP-in zirzəmimizdəki fəaliyyəti məni və binamızın sakinlərini təngə gətirib. Bir ay bundan əvvəl əldə etdiyim sənədlər göstərir ki, 1991-ci ildə ?Ürfan? kiçik müəssisəsi binamızın altındakı əksər zirzəmi otaqlarını qeyri-qanuni olaraq yəni zorakılıqla mənimsəyib. Sonralar mənim mənzilimin altında zorakı yolla mənimsənilən zirzəmi otaqları saxta və etibarsız müqavilə ilə AMİP-in icarəsinə verilib. [b]Xətai rayon məhkəməsi AMİP-dən yaxamızı qurtaran qətnamə qəbul etdi[/b] Mən bu dəfə məcbur olub, AMİP-lə ƏMDK arasında bağlanmış saxta icarə müqaviləsinin ləğv edilməsi haqqında Xətai rayon Məhkəməsinə müraciət etdim. Xətai rayon məhkəməsinin hakimi İlqar Qaralov qanuni iddiamı təmin etdi. Məhkəmədə binamızın bir qrup sakini də şahid qismində iştirak etdi. Onlar da öz ifadələrində AMİP-in zirzəmidəki qeyri-qanuni və milli-mentalitetimizə zidd hərəkətləri haqqında ifadə verdilər. AMİP-in zirzəmidən çıxarılması haqqında tələblərini bildirdilər. [b]Bakı Apellyasiya Məhkəməsi isə AMİP-in zülmünü bərpa etdi[/b] Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyası isə hakim Gündüz Quliyevin sədrliyi, İsmayıl Vəliyevin və Hilal Xəlilovun tərkibində 05 avqust 2010-cu il tarixli qətnaməsilə Milli İstiqlal Partiyasının apellyasiya şikayətini təmin edərək Xətai rayon məhkəməsinin 05 may 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi və mənim Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Milli İstiqlal Partiyası arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair iddia tələbimin təmin edilməməsi haqqında qərar qəbul etdi. Məhkəmə qanunlara yox, MİS-in, MKTB-nin qanunsuz məktublarına istinad etdi Aşağıda göstərdiyim səbəblərə görə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qeyri-qanuni və əsassızdır. 1.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?Birinci instansiya məhkəməsinin qətnaməsi ilə də müəyyən edildiyi kimi dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqavilələrinin surətlərindən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 39a saylı binada yerləşən ümumi sahəsi 42.1 kv.m olan və MKTD-nin Binəqədi rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi) qərərgah məqsədilə Azərbaycan Milli İstiqlal Partiyasının Binəqədi rayon təşkilatına müddətli icarəyə verilmişdir. Sonuncu icarə müqaviləsinin müddəti 30 sentyabr 2004-cü il tarixədək müəyyən edilmişdir.? Burada göstərilənlər Xətai rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsinə heç bir əsas vermir. Əksinə Azərbaycan qanunları bu bənddə qeyri-yaşayış sahəsi kimi göstərilən (yarımzirzəminin) icarəyə verilməsini qadağan edir. Eyni zamanda bu bənddə göstərilib ki, zirzəmi AMİP-in Binəqədi rayon təşkilatına müddətsiz olaraq deyil, müddətli icarəyə verilib və sonuncu icarə müqaviləsinin müddəti 6 il bundan əvvəl, yəni 30 sentyabr 2004-cü il tarixdə bitib. Yəni bu bənd Xətai rayon məhkəməsinin qətnaməsinin qanuniliyini sübut edir. 2.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?İş materiallarında olan Azərbaycan Respublikası İİN Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş registrdən çıxarışın surətinə əsasən Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 39 a saylı binada yerləşən ümumi sahəsi 42.1 kv.m olan qeyri-yaşayış sahəsi binanın zirzəmisidir.? Bu bənd də Xətai rayon məhkəməsinin qətnaməsinin qanuniliyini sübut edir. Çünki Azərbaycan qanunlarına görə zirzəmilər icarəyə verilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1, 227.2 və 228.3-cü maddələri də bunu sübut edir. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yəni bu maddəyə görə yaşayış binasının tərkib hissəsi olan zirzəmilər, yarimzirzəmilər və ya istənilən ümumi tərkib hissələri hər hansı kənar fiziki və hüquqi şəxsə, siyasi partiyalara və s. icarəyə verilə bilməz. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Yəni bu maddəyə görə nəinki Əmlak Komitəsi, hətta yaşayış binasının fərdi mülkiyyətçisi də yaşayış binasının hər hansı ümumi tərkib hissəsini yaşayış binasının mülkiyyətçisi olmayan hər hansı fiziki və hüquqi şəxslərə icarəyə verə bilməz. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 3.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?İşdə olan Binəqədi rayon İcra Hakimiyyətinin 24 oktyabr 2001-ci il tarixli 15-25/1597 saylı məktubundan müəyyən edilir ki, rayon İcra Hakimiyəti Azərbaycan Milli İstiqlal Partiyasının Binəqədi rayon təşkilatının 102 saylı MİS-nin balansında olan Naxçıvani küçəsi 39a ünvanda yerləşməsinə etiraz etməmişdir.? 102-saylı MİS-in zirzəmini Milli İstiqlal Partiyasına icarəyə verilməsinə etiraz etməməsi Xətai rayon məhkəməsinin qətnaməsi ilə ziddiyyət yaratmır. Əksinə MİS-in zirzəminin Milli İstiqlal Partiyasına icarəyə verilməsinə etiraz etməməsi Azərbaycan qanunlarına ziddir. Zirzəmi yaşayış binasının tərkib hissəsi olduğundan onu icarəyə vermək olmaz. 4.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?İş materiallarına əlavə edilmiş Binəqədi rayon MKTB-nin 102 saylı MKİS-in 25 oktyabr 2001-ci il tarixli 96 saylı məktubundan müəyyən edilir ki, MKİS balansında olan Naxçıvani küçəsi 39a ünvanda yerləşən zirzəminin Azərbaycan Milli İstiqlal Partiyasının Binəqədi rayon təşkilatına icarəyə verilməsinə etiraz etməmişdir.? Binəqədi rayon MTKB-nin zirzəmini Milli İstiqlal Partiyasına icarəyə verilməsinə etiraz etməməsi Xətai rayon məhkəməsinin qətnaməsi ilə ziddiyyət yaratmır. Əksinə MTKB-nin zirzəminin Milli İstiqlal Partiyasına icarəyə verilməsinə etiraz etməməsi Azərbaycan qanunlarına ziddir. Çünki zirzəmini icarəyə vermək olmaz. Bunu Mülki Məcəllənin 227.1, 227.2 və 228.3-cü maddələri qadağan edir. Beləliklə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində göstərilən yuxarıdakı bəndlərin heç birində qanunlara istinad edilməyib. Qətnamənin bu hissəsində qnunlar əvəzinə Binəqədi rayon MTKB-nin, MKİS-in, İcra hakimiyyətinin və s. məktublarına istinad edilir ki, bu da Xətai rayon məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Apellyasiya Məhkəməsi isə qanunlar əvəzinə MKİS, MKTB kimi xırda icra ququmlarının razılıq məktublarına istinad etmək əvəzinə, respublikamızdakı ən böyük icra hakimiyyəti olan Bakı şəhər İcra Hakimiyyətinin qanunsuzluğa son qoyan məktubuna istinad edərək Xətai rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamalı idi. [b]Qanuni və etibarlı müqaviləyə tətbiq olunan qanun qeyri-qanuni, etibarsız və saxta müqaviləyə tətbiq edildi[/b] 5.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci madəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə adlanır.? Xətai rayon məhkəməsinin qətnaməsində Mülki Məcəllənin 389.1-ci maddəsinin ziddinə heç nə yoxdur. Apellyasiya Məhkəməsinin Mülki Məcəlləyə bu istinadında açıq şəkildə göstərilib ki, ?mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə adlanır?. AMİP-lə ƏMDK arasında bağlanan bütün müqavilələrdə yazılıb ki, müqavilənin müddəti bitdikdə tərəflər arasındakı hüquqi münasibətlərə xitam verilir. Həmin bənd məhz Mülki Məcəllənin 689.1-ci maddəsinin tələblərinə görə tərtib olunub. Xətai rayon məhkəməsi icarə müddəti 6 il bundan əvvəl bitən, vaxtı bitdiyindən müqavilənin şərtlərinə və Mülki Məcəllənin 689.1-ci maddəsinə görə tərəflər arasında hüquqi münasibətlər bitdiyindən və etibarsız olan icarə müqaviləsini ləğv edib. 6.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.? Mülki Məcəllənin 389.2-ci maddəsinin Xətai rayon məhkəməsinin qətnaməsi ilə ziddiyyəti yoxdur. 7.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?Həmin Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını müəyyən edən 421-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.? Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və və ləğv edilməsi əsaslarını müəyyən edən 421-ci maddəsi ilə Xətai rayon məhkəməsinin qətnaməsi arasında ziddiyyət yoxdur. Mülki Məcəllənin 421-ci maddəsi qanuni olan, həm də icarə müddəti bitməyən müqavilələrə aiddir. Xətai rayon məhkəməsi isə qeyri-qanuni olan, və qeyri-qanuni olduğundan da etibarsız olan, etibarsız olamqla yanaşı icarə müddəti 6 il bundan əvvəl bitmiş icarə müqaviləsini ləğv edib. 8.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?Deməli qanunverici düzünə göstərişlə yalnız müqavilə üzrə tərəflərdən birinin tələbi ilə müqavilənin ləğv edilməsi əsasını müəyyən etmişdir.? Bakı Apellyasiya Məhkəməsi burada qanunvericinin qanuni müqavilələr haqqında düzünə göstərişini qeyd edib. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Milli İstiqlal Partiyası arasında bağlanan icarə müqavilələri isə qeyri-qanuni və qeyri-qanuni olduğundan etibarsız olan müqavilələrdir. [b]Mən etibarsız-saxta müqavilənin tərəfi deyiləm, mən bu müqavilədən əziyyət çəkən tərəfəm [/b] 9.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?Halbuki iddiaçı mübahisələndirdiyi icarə müqaviləsi üzrə tərəf olmamaqla onun ümumiyyətlə həmin müqaviləni ləğv etmək tələbini irəli sürmək hüququ yoxdur?. İcarə müqavilələri qeyri-qanuni və etibarsız olduğundan, eyni zamanda da sonuncu qeyri-qanuni və etibarsız icarə müqaviləsinin müddəti isə 6 il bundan əvvəl bitdiyinə, tərəflər arasındakı razılaşmaya görə hüquqi münasibətlərə xitam verildiyinə(icarə müqavilələrinin 8-ci bəndi) və Mülki Məcəllənin də 689.1-ci maddəsinə görə də icarə müqaviləsinin bitdiyi müddətdə tərəflər arasında hüquqi münasibətlərə xitam verildiyindən müqavilənin hər hansı tərəfindən danışmaq olmaz. Mülki Məcəllənin 227.1 və 227.2-ci madədlərinə görə mən yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərindən biriyəm. Yəni yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərindən biri olaraq mənim hüquqlarım qeyri-qanuni və etibarsız, həm də icarə müddəti 6 il bundan əvvəl bitmiş müqaviləyə istinad edən AMİP icarə müqaviləsinin tərəfi deyil. Mülki Məcəllənin 228.3-cü maddəsinə görə isə mən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs olaraq, hətta mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququmun pozulmasını aradan qaldırmağı tələb edə bilərəm. 10.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?Birinci instansiya məhkəməsinin iclasında müqavilə üzrə tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi icarə müqaviləsi bağlanan vaxtdan icarə müqaviləsinin şərtlərinə əməl edildiyini göstərərək məhkəmə çıxışında iddianın rədd olunmasını xahiş etmişdir.? Xətai Rayon Məhkəməsinin qətnaməsində Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinin iddianın rədd olunması haqqında xahişi yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi birinci instansiya məmkəməsinin 05 may 2010-cu il tarixli sonuncu iclasına gəlmədiyindən iddianın rədd edilməsini də xahiş etmədi. Həmin Komitənin nümayəndəsinin Bakı Apellyasiya məhkəməsinin iclasında cavabdeh olaraq iştirak etməməsi də göstərir ki, Əmlak Məsələləri Dövlət Komitəsi həm Xətai Rayon məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin qərarına biganədir. ƏMDK nümayəndəsinin məhhkəmədə iddia qaldırmaması, və hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxması da Xətai rayon məhkəməsinin qətnaməsində və məhkəmə iclasının protokolunda yazılıb. 11.Bakı Apellyasiya məhkəməsinin Qətnaməsində deyilir: ?Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını nəzərə almadan qanunvericiliyin tələblərini pozaraq müqavilənin ləğv edilməsi tələbini təmin etmişdir?. Coxmənzilli binanın texniki xidmət sahəsi olan zirzəmi icarəyə verilə bilməz Milli İstiqlql Partiyasının Binəqədi aryon təşkilatına icarəyə verilmiş Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 39a saylı binanın zirzəmisi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla, oradan başqa məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Binada kommunikasiya xətlərində baş verə biləcək nasazlıqların, qəzaların və ya onların nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinin aparılması üçün həmin sahələr istifadəyə açıq olmalıdır. Zirzəminin qeyri-yaşayış sahəsinə çevrilməsi və dövlət registirinə daxil edilməsi mülki mənzil qanunvericiliyində nəzərdə tutulmamışdır. Mübahisə predmeti olan zirzəminin qeyri-yaşayış sahəsi kimi dövlət əmlakı haqqında regstrə daxil edilməsi həm mülki qanunvericiliyin tələblərinə, həm də zirzəminin yerləşdiyi binada yaşayan sakinlərin hüquq və mənafelərinə ziddir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvədə olan Mənzil Məcəlləsinin 4-cü maddəsinə görə yaşayış evlərində ticarət, məişət ehtiyacları və qeyri-yaşayış xarakterli digər ehtiyaclar üçün nəzərdə tutulan qeyri-yaşayış sahələri mənzil fonduna daxil deyildir. Qeyd edilən Məcəllənin 10-cu maddəsinə əsasən mənzil hüquqlarının onların təyinatına zidd olaraq və ya digər vətəndaşların hüquqlarını, habelə dövlət təşkilatlarının və ictimai təşkilatın hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Mübahisə predmeti olan zirzəmi qanunvericilikdə göstərilmiş qeyri-yaşayış sahələrindən heç birinə daxil olmamaqla mənzil fonduna daxil olan yaşayış evlərinin tərkib hissəsini təşkil edən texniki xidmət sahəsi olduğuna görə həmin sahənin tədbirlərin, yığıncaqların keçirilməsi, qərərgah məqsədi ilə və yaxud hər hansı digər məqsədlərlə icarəyə verilməsi qanunvericiliyin qorunması sahəsində dövlətin və vətəndaşların hüquq və vəzifələrini müəyyən edən normaların tələblərinə uyğun deyildir. Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 39a saylı yaşayış binasının zirzəmisindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi dövlətin və vətəndaşların bu sahədə olan hüquqlarının pozulmasına səbəb olduğundan, həmin sahəyə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Milli İstiqlal Partiyasının Binəqədi rayon təşkilatı arasında bağlanmış icarə müqaviləsi qeyri qanuni olduğundan həmin müqavilə etibarsız sayılmalıdır. Xətai rayon məhkəməsinə verdiyim iddia ərizəmdə cavabdeh olaraq yalnız Əmlak Məsələləri Dövlət Komitəsini göstərmişəm. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin 1-ci və 4-cü səhifələrində isə göstərilir ki, ?Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı İsaqov Qüdrət İsaq oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrisinə qarşı iddiası təmin edilmiş,...?, ?İsaqov Qüdrət İsaq oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrisinə qarşı icarə müqaviləsinin ləğv edilməsinə dair iddiası təmin edilməsin?. Beləliklə də Bakı Apellyasiya Məhkəməsi mənim iddia ərizəmi təhrif edərək haqqında heç bir iddia qaldırmadığım Milli İstiqlal Partiyasına da cavabdeh statusu verməklə yanaşı, həm də əsl cavabdeh olan Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olamadan məhkəmə iclasının keçirilməsinə haqq qazandırmağa çalışıb. [b]AMİP-in apellyasiya şikayəti saxta faktlarla və yalanlarla doludur[/b] Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi həm də ona görə qeyri-qanuni və əsassızdır ki, bu qətnamə Milli İstiqlal Partiyasının qanunlara istinad etməyən, qanunları təhrif edən, bəzi məqamlarda isə məhkəməni bilərəkdən çaşdıran yalanları üzərində qurqşdırılmış şikayəti əsasında qəbul edilib. AMİP-in Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətində faktlar bilərəkdən saxtalaşdırılıb: ?Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Milli İstiqlal Partiyası arasında bağlanmış 19 dekabr 2001-ci il tarixli 901 saylı icarə müqaviləsinə əsasən Binəqədi rayonu Naxçıvani küçəsi 39 A saylı binanın altında yerləşən 71 kv.m yarımzirzəmi qeyri-yaşayış sahəsi Milli İstiqlal Partiyasının Binəqədi rayon təşkilatına icarəyə verilmişdir və bu müqavilə bu günə qədər qüvvəsindədir.? AMİP-in apellyasiya şikayətinin bu bəndi tamamilə səhvdir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə AMİP arasında bağlanmış 19 dekabr 2001-ci il tarixli 901 saylı icarə müqaviləsi bu günə qədər qüvvədə deyil. Bu icarə müqaviləsi cəmisi 6 ay müddətinə bağlandığından ƏMDK ilə AMİP arasında 6 sentyabr 2002-ci ildə yenidən 6 ay müddətinə 2631/901 saylı 2-ci müqavilə, 23 aprel 2003-cü ildə 6 ay müddətinə 442/2631 saylı 3-cü müqavilə, 29 mart 2004-cü ildə 6 ay müddətinə 1489/442 saylı sonuncu 4-cü müqavilə bağlanmışdır. Hər bir yeni müqavilə özündən əvvəlki müqavilələrə xitam verdiyindən birinci müqavilənin qüvvədə olması absurddur. Sonuncu icarə müqaviləsinin vaxtı isə 30.09.2004-cü ildə bitmişdir. [b]AMİP-in saxta ödəmə qəbzləri[/b] AMİP-in Apellyasiya şikayətində saxta qəbzlərlə məhkəməni aldatmaq məqsədi ilə güstərilib ki, ?İcarə haqqı vaxtlı vaxtında ödənilir?. Eyni ifadə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində də var. Məhkəmə işinin 70-71-72-ci səhifələrində cəmisi 9 ödəniş qəbzindən yalnız 6-da möhür var. Bunlardan da 70-ci səhifdə göstərilən birinci birinci qəbzin nə tarixi, nə də ödənilən məbləğ yazılmayıb. 70-ci səhifədəki 22 saylı 2-ci qəbz 18.06.2007, 71-ci səhifədəki birinci möhürsüz və ödənişin göstərilmədiyi qəbz 19.06.2007, 71-ci səhifədəki ikinci möhürsüz və ödənişin göstərilmədiyi qəbz isə 19.06.2007-ci il tarixləri üçün quraşdırılıb. Sonuncu göstərdiyim ödəniş qəbzlərindən belə çıxır ki, 18.06.2007 tarixdə 30 manat pul ödəyən AMİP elə sabahkı gün də banka qaçaraq eyni hesaba bir gündə 2 dəfə dalbadal pul köçürüb. Pulların məbləği isə ödəniş qəbzlərinin surətlərində yoxdur. Bu saxta qəbzlərdən başqa işdə olan qəbzlərə görə demək olar ki, 2005, 2006, 2008-ci illərdə AMİP banklara icarə haqqlarını ödəməyib. Çünki işdə bu illər ərzində nə düzgün, nə də saxta qəbz yoxdur. Yalnız 2009-cu ildən bəri mənim məhkəmələrə müraciətlərimdən sonra AMİP 2009-cu ildə bir dəfə, 2010-cu ildə 2 dəfə icarə haqqlraını ödəyib. [b]AMİP Apellyasiya Məhkəməsini çaşdırıb[/b] AMİP-in Apellyasiya şikayətində tamamilə şəhv olaraq güstərilib ki, ?Məhkəmənin göstərilən sahəni zirzəmi kimi qiymətləndirməsi və mülki mənzil qanunvericiliyində və digər qanunvericilik aktlarında dövlət registirinə daxil edilməsi nəzərdə tutulmaması da əsassızdır. Belə ki, göstərilən sahə zirzəmi deyil, yarımzirzəmidir və Az.Res.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış və icarəyə verilmişdir?. a)Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 25.12.00-ci il tarixdə, qeydiyyat ?714-394, ?-001-00024773-001 qeydiyyata alınmış, Bakı şəhəri icra hakimiyyəti, Binəqədi MKTB-nin balansında olan daşınmaz dövlət əmlakı haqqında Registirdən Çıxarışda Binəqədi rayonu Naxçıvanı küç. 39A ünvanda yerləşən və AMİP-ə icarəyə verilmək üçün olan sənəddə bu sahə zirzəmi adlandırılıb. Məktub 23.11.2001-ci il tarixdə 1378-ci sayla Mərkəzi Registr Şöbəsinin rəisi Y.Qənbərov tərəfindən imzalanıb. Məktub əlavə olunur. b)Binəqədi rayon 102-saylı MKİS-nin rəhbərliyi tərəfindən 25.10.2001-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyinə ünvanlanan məktubda da icarəyə verilən sahə zirzəmi adlandırılıb. Məktub əlavə olunur. c)Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini R.Pənahovun Binəqədi Rayon XDS İK-nin 19/484 saylı sərəncamının ləğv olunması və zirzəminin gələcəkdə zəbt olunmasının qarşısının alınmasını Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı H.Hüseynova tapşırılması haqqında məktubunda da göstərdilən ünvanda yerləşən sahə zirzəmi adlandırılır. Məktub əlavə olunur. d)Mənim sorğuma cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin 22 iyul 2010 tarixli 04/09-j-06-667 saylı məktubunda göstərilir: ?Zirzəmi mərtəbəsi-yerləşgənin döşəmə səviyyəsinin planlaşdırılan torpaq səviyyəsindən yerləşgə hündürlüyünün yarıdan çox hissəsinin aşağıda olduğu haldakına deyilir?. Mənzilimin altındakı AMİP-ə verilən sahənin ən azı üçdə ikisi torpaq altında olduğundan bu sahə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin normativlərinə görə də zirzəmidir. Komitənin məktubunun surəti əlavə olunur. Qətnamədən arxayın olanlar məhkəmədə istənilən ağ yalanı danışa və yaza bilər AMİP-in şikayətində Apellyasiya Məhkəməsini bilərəkdən aldatmaq məqsədilə göstərilib: ?Binanın kommunikasiya xətlərinin zirzəmidə yerləşməsi fikri də əsassızdır. Belə ki, göstərilən kommunikasiya xətləri zirzəminin digər hissəsində yerləşir?. Binanın kommunikasiya xətlərindən istilik sistemləri məhz həmin zirzəmidən keçir. Gələcəkdə binanın digər kommunikasiya sistemlərinin də həmin zirzəmidən keçməsi istisna deyil. İstilik sistemlərinin haqqında şahidlər də ifadə verdilər. [b]AMİP özünü ?Ürfan? kiçik müəssisəsinin varisi kimi apardı, məhkəməyə isə növbəti yalanı dedi[/b] AMİP-in şikayətində Apellyasiya Məhkəməsini bilərəkdən aldatmaq məqsədilə göstərilib ki, onalra icarəyə verilən sahə 71kv.m olub. Halbuki AMİP-lə ƏMDK arasında başlanan icarə müqavilələrinin hamısında onlara vrilən sahənin 42.1 kv.m olduğu göstərilib. Yəni AMİP məhkəməni aldatmaqla və Məhkəmənin köməyi ilə zirzəminin digər hissələrindəki sahələri də zəbt etmək istəyib. Yəni apellyasiya şikayətində 71 kv.m sahəni göstərməklə AMİP özünü ?Ulus?, ?Ürfan? və s. kimi kiçik müəssisələrin varisi kimi apardı. Apellyasiya Məhkəməsinin protokolundakı sual-cavab hissəsində də AMİP-in nümayənəsi ağ yalan danışaraq dedi: ?İcarəyə götürülmüş sahə 71 kv.m-dir. İcarə haqqını vaxtında ödəyirik, heç bir borcumuz yoxdur.? [b]Etibarsız-saxta müqavilə Konstitusiya hüquqlarımızı pozur[/b] Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi həm də iddia ərizəmdə göstərdiyim Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsində göstərilən ?Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır?, 32.2-ci maddəsində göstərilən ?Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır?, 37.1-ci maddəsində göstərilən ?Hər kəsin istirahət etmək hüququ vardır?, 39.1-ci maddəsində göstərilən ?Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır?, 46.1-ci maddəsində göstərilən ?Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır?, 51.1-ci maddəsində göstərilən ?Hər kəsin yaradıcılıq azadlığı vardır? kimi fundamental hüquq və azadlıqlara zidd olaraq qəbul edilib. Yəni Bakı Appellyasiya Məhkəməsinin qətnaməsi mənim və ailəmin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarımızı əlimizdən almağa yönəlib. [b]Apellyasiya Məhkəməsində eyni tipli işlərə fərqli qətnamələr çıxarılıb[/b] Belə qətnamələrə misal olaraq AMİP-in apellyasiya şikayətini təmin edən hakim Gündüz Quliyevin sədrliyi ilə qəbul olunan haqqında danışdığım qətnaməni və Apellyasiya Məhkəməsinin digər hakimi İ.R. Xələfovun sədrliyi ilə qəbul edilən 2(103)-823/2009 saylı Qətnaməni misal göstərmək olar. Birinci qətnamənə AMİP-in yalan məlumatlarla dolu olan apellyasiya şikayəti əsasında qəbul edilməklə mənim və ailə üzvlərimin, binamızın sakinlərinin hüquqlarını pozur. İkinci qətnamədə isə tamamilə oxşar bir hal üçün iddiaçının Binəqədi rayon məhkəməsi tərəfindən icarə müqaviləsinin ləğvi haqqındakı hətta rədd edilmiş iddiası Apellyasiya Məhkəməsi tərəfindən müqaviləni etibarsız saymaqla təmin edilərək, Binəqədi rayon məhkəməsinin qətnaməsi ləğv eidlib. Hakim İ.R. Xələfov Azərbaycan qanunlarına və Konstitusiyasına əsaslanaraq zirzəminin texniki xidmət sahəsi olduğunu göstərməklə həmin sahənin icarənin predmeti olmadığını göstərib. Ali Məhkəmə də zirzəminin icarə predmeti olmadığını göstərərək hakim İ.R. Xələfovun qanunun aliliyinə əsaslanan qətnaməsini dəyişdirilmədən saxlayıb(23 sentyabr 2009, ?2(102)-2543/09). Qeyd etməliyəm ki, İ.R. Xələfovun sədrliyi ilə qəbul edilən qətnamə o zamandan məhkəmələrə bir nümunə kimi göstərilmişdir. Hakim Gündüz Quliyev isə bu qətnamə ilə daban-dabana zidd olan qətnamə qəbul etdi. [b]AMİP-in saxta şikayəti, etibarsız müqavilə, qanunsuz qətnamə[/b] AMİP-in şikayətinin saxtalığı, ƏMDK ilə AMİP arasında bağlanan müqavilələrin qeyri-qnuniliyi və etibarsızlığı, sonuncu müqavilənin icarə müddətinin 6 il bundan əvvəl bitdiyi haqqında məhkəmədəki çıxışıma məhəl qoyulmadı. AMİP-in saxta şikayəti, etibarsız müqavilə, qanuni müqavilələrə tətbiq olunan qanun etibarsız müqaviləyə tətbiq edilərək Apellyasiya Məhkəməsi qanunsuz qətnamə qəbul etdi. [b]Pozulan qanunlar-pozulan hüquqlar[/b] Beləliklə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çoxmənzilli binalarda zirzəminin icarə predmeti olmaması haqqında Mülki Məcəllənin(227.1, 227.2 və 228.3-cü maddələri) , icarə müqaviləsi bağlanarkən qüvvədə olan Mənzil Məcəlləsinin (10-cu maddə), indiki Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələblərini, Azərbaycan Respublikası Konstitusiyasının 31.1, 31.2, 37.1, 39.1, 46.1, 51.1-ci maddələrini pozmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə ?zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə edilməsi?nə qadağalar qoyması tələbinə məhəl qoymamaqla, konkret olaraq ƏMDK-nə yönəlmiş iddiamı təhrif edərək iddiamın yönəldiyi subyektlərin sayını artırmaqla, Mülki Məcəllənin qanuni müqavilələrə tətbiq edilməli olan maddələrinin qeyri-qanuni və etibarsız müqaviləyə tətbiqi ilə(MM-nin 389.1, 389.2,421-ci maddələri) qeyri-qanuni olaraq Milli İstiqlal Partiyasını müqavilənin tərəfinə çevirməklə, Milli İstiqlql Partiyasının qanunlara əsaslanmayan və bilərəkdən qurama faktlarla, qurama ödəmə qəbzləri əsasında qəbul edildiyinə görə qeyri-qanuni və əsassızdır. Qanuni hüquqlarımı müdafiə etmək üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verəcəyəm. Mənim AMİP-i və ya hər hansı partiyanı, kütləvi təşkilatı, hüquqi və ya fiziki şəxsləri mənzilimin altındakı zirzəmidə saxlamaq fikrim yoxdur. Hər bir insanın dözümünün həddi var. Məktubumu ünvanladığım bütün yüksək rütbəli məmurlardan da xahiş edirəm ki, özlərini bir anlığa mənim vəziyyətimdə hiss etsinlər. Yuxarıda deyilənləri nəzərə alaraq, [b]Sizdən xahiş edirəm [/b] AMİP-in zülmündən xilas olmağımıza yardım edin. AMİP-lə ƏMDK arasında bağlanmış saxta, etibarsız, qeyri-qanuni, bütün bunlarla yanaşı həm də icarə müddəti 6 il bundan əvvəl bitmiş, mənə və binanın sakinlərinə əziyyət verən müqavilələrin etubarsız hesab edilməsinə yardımçı olun. [b]Qüdrət İsaq oğlu İsaqov Fizika-riyaziyyat elmləri doktoru, Ünvan: Bakı ş. Binəqədi rayonu, Naxçıvani küç. bina 39a, mən.3 Tel: 055-661-32-06 [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA